Spiker: “Gürcüstanda proporsional seçki sisteminə keçid məsələsi müzakirə olunmur”

Spiker: “Gürcüstanda proporsional seçki sisteminə keçid məsələsi müzakirə olunmur” “Gürcüstanda seçki qanunvericiliyinə dəyişikliklərlə bağlı İşçi Qrupunun görüşlərində proporsional seçki sisteminə keçid məsələsi müzakirə olunmur”.
Region
13 İyun , 2019 14:36
Spiker: “Gürcüstanda proporsional seçki sisteminə keçid məsələsi müzakirə olunmur”

“Gürcüstanda seçki qanunvericiliyinə dəyişikliklərlə bağlı İşçi Qrupunun görüşlərində proporsional seçki sisteminə keçid məsələsi müzakirə olunmur”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsi hazırlanacaq və sənəd iyulun birinci yarısında parlamentdə müzakirəyə çıxarılacaq.

İ.Kobaxidze qeyd edib ki, İşçi Qrupu formatında keçirilən müzakirələrdə yalnız ATƏT-in 27 tövsiyəsi nəzərdən keçirilir.

Qeyd edək ki, Gürcüstan müxalifəti 2020-ci ildə keçiriləcək parlament seçkilərinə qədər proporsional seçki sisteminə keçidi tələb edirlər. Bu tələblə 20 müxalifət partiyası Gürcüstan parlamentinə bu gün 300 min imza təqdim edib. 

Son xəbərlər

Orphus sistemi