Səudiyyə Ərəbistanı Konsulluğunun 5 türkiyəli əməkdaşı dindirilib

Səudiyyə Ərəbistanı Konsulluğunun 5 türkiyəli əməkdaşı dindirilib Bakı. 22 oktyabr. REPORT.AZ/ Türkiyənin Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsuluğunda işləyən 5 vətəndaşı Camal Qaşıqçının öldürülməsi ilə bağlı istintaqa çağırılıb.
Region
22 Oktyabr , 2018 12:21
Səudiyyə Ərəbistanı Konsulluğunun 5 türkiyəli əməkdaşı dindirilib
0 : 00
0 : 00

Bakı. 22 oktyabr. REPORT.AZ/ Türkiyənin Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsuluğunda işləyən 5 vətəndaşı Camal Qaşıqçının öldürülməsi ilə bağlı istintaqa çağırılıb.

“Report” “Aksham”a istinadən xəbər verir ki, İstanbul prokurorluğu şahid qismində Konsulluqda işləyən 45 nəfərin ifadəsini alacaq 

İndiyədək onlardan yalnız 20-i şahid kimi dindirilib.

Qeyd edək ki, oktyabrın 2-də jurnalist Camal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülüb. Krallıq onun qətlə yetirildiyi ilə bağlı açıqlama vermirdi. Ancaq oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmi olaraq, jurnalistin Konsulluğun binasında öldürüldüyünü etiraf edib. Kral Salman və vəliəhd şahzadə Məhəmməd bin Salman Camal Qaşıqçının ailəsinə başsağlığı verib. 

Son xəbərlər

Orphus sistemi