Sergey Lavrov ümumislam konfransı təşkil etməyi təklif edib

Sergey Lavrov ümumislam konfransı təşkil etməyi təklif edib Bakı. 25 dekabr. REPORT.AZ/ Bütün müsəlmanların birliyini elan edəcək və İran ilə Səudiyyə Ərəbistanı arasında barışığı asanlaşdıracaq ümumislam konfransının keçirilməsinin vaxtı çatıb.
Region
25 Dekabr , 2017 15:05
Sergey Lavrov ümumislam konfransı təşkil etməyi təklif edib
Report

Bakı. 25 dekabr. REPORT.AZ/ "Bütün müsəlmanların birliyini elan edəcək və İran ilə Səudiyyə Ərəbistanı arasında barışığı asanlaşdıracaq ümumislam konfransının keçirilməsinin vaxtı çatıb".

"Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Russia Today" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, müsəlman dünyasında problemləri ümumi İslam həmrəyliyi çərçivəsində konfessional bərabərlik yolu ilə həll etmək daha yaxşı olardı.

XİN başçısı Rusiyanın tərəflər arasında dialoq qurmağın və hər iki ölkəni maraqlandıran məsələlərin nəzərədən keçirilməsinin tərəfdarı olduğunu vurğulayıb: "Regionun iki böyük ölkəsindən söhbət gedir, ola bilməz ki, onların regionda ortaq maraqları olmasın. Sadəcə, oyun qaydalarını tənzimləməlidirlər. Bu işdə yardım göstərməyə hazırıq".

Son xəbərlər

Orphus sistemi