Yuxarı
    Bağlamaq

    Sankt-Peterburqda törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 15-ə çatıb

    O, Sankt-Peterburqda Hərbi Tibbi Akademiyada müalicə olunurmuş

    Bakı. 12 aprel. REPORT.AZ/ Sankt-Peterburqda metroda törədilmiş terror aktında xəsarət alanlardan biri dünyasını dəyişib.

    “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu şəhər qubernatorunun müavini Anna Mityanina “Twitter” səhifəsində yazıb.

    Məlumata görə, o, Sankt-Peterburqda Hərbi Tibbi Akademiyada müalicə olunurmuş.

    Qeyd edək ki, aprelin 3-də törədilmiş terror aktı nəticəsində ehtimal edilən terrorçu da daxil olmaqla 14 nəfərin həlak olduğu, 50-dən çox adamın yaralandığı barədə rəsmi açıqlama verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi