Bakı. 12 aprel. REPORT.AZ/ Sankt-Peterburqda metroda törədilmiş terror aktında xəsarət alanlardan biri dünyasını dəyişib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu şəhər qubernatorunun müavini Anna Mityanina “Twitter” səhifəsində yazıb.
Məlumata görə, o, Sankt-Peterburqda Hərbi Tibbi Akademiyada müalicə olunurmuş.
Qeyd edək ki, aprelin 3-də törədilmiş terror aktı nəticəsində ehtimal edilən terrorçu da daxil olmaqla 14 nəfərin həlak olduğu, 50-dən çox adamın yaralandığı barədə rəsmi açıqlama verilib.