Yuxarı

Sankt-Peterburqda Pakistan konsuluna məxsus avtomobil oğurlanıb

Sankt-Peterburqda Pakistan konsuluna məxsus avtomobil oğurlanıb
© РИА Новости

Bakı. 11 dekabr. REPORT.AZ/ Pakistanın Sankt-Peterburqdakı fəxri konsulu Əbdül Rauf Rinduya məxsus "Hyundai Santa Fe" markalı avtomobil oğurlanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, üzərində diplomatik nömrə olan maşından razılaşma əsasında Cibutinin Rusiyadakı səfirliyinin əməkdaşı, Moskvada yaşayan 40 yaşlı Tacikistan vətəndaşı istifadə edib.

Elə polisə avtomobilin oğurlanması barədə məlumatı da həmin şəxs verib. Maşın şəhərdəki supermarketlərin birinin avtoparkından oğurlanıb.

Məlumata görə, dəymiş ziyan 1,3 milyon rubl (37,3 min manat) həcmindədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi