Sabiq erməni deputatı Aşot Eqiazaryan 7 il azadlıqdan məhrum edilib

Sabiq erməni deputatı Aşot Eqiazaryan 7 il azadlıqdan məhrum edilib Bakı. 1 iyun. REPORT.AZ/ Rusiyada erməni əsilli sabiq deputat, ABŞ-da gizlənən Aşot Eqiazaryan cəzasını ümumi rejimli müəssisədə çəkməklə 7 il azadlıqdan məhrum edilib.
Region
1 İyun , 2018 05:55
Sabiq erməni deputatı Aşot Eqiazaryan 7 il azadlıqdan məhrum edilib

Bakı. 1 iyun. REPORT.AZ/ Rusiyada erməni əsilli sabiq deputat, ABŞ-da gizlənən Aşot Eqiazaryan cəzasını ümumi rejimli müəssisədə çəkməklə 7 il azadlıqdan məhrum edilib.

"Report" "RBK"-a istinadən xəbər verir ki, o, 7 milyard rubl dəyərində fırıldaqçılıqda ittiham edilir.

Eqiazaryan ABŞ-da olduğundan hökm qiyabi çıxarılıb. Məhkəmə həmçinin ona 700 min rubl dəyərində cərimə kəsib.

Məhkəmə eləcə də onun qardaşı Artem Eqiazaryanın da 5 il müddətinə azadlıqdan məhrum edilməsi və 600 min rubl dəyərində cərimə edilməsi barədə hökm çıxarıb. Keçmiş deputatın köməkçisi və "Sentrion Alyans"ın rəhbəri də 4 il azadlıqdan məhrum ediliblər və onların hər biri 400 min rubl miqdarında cərimə olunublar.

Rusiyanın İstintaq Komitəsi Liberl Demokrat Partiyasının fraksiyasından olan keçmiş deputat Aşot Eqiazaryan barədə birinci cinayət işini 2010-cu ildə qaldırıb. Elə həmin ilin noyabrında Dövlət Duması onun toxunulmazlığının ləğvi ilə razılaşıb. Ümumilikdə ona qarşı 3 cinayət işi (2 cinayət işi 2010-cu ildə, daha 1 cinayət işi 2012-ci ildə) qaldırılıb. O, səhmlərin və nağd vəsaitlərin mənimsənilməsində təqsirləndirilib. 

Son xəbərlər

Orphus sistemi