Rusiyanın Türkiyə pomidorlarına sanksiyasının tətbiqi müddəti açıqlanıb

Rusiyanın Türkiyə pomidorlarına sanksiyasının tətbiqi müddəti açıqlanıb Putin Türkiyəyə qarşı tətbiq edilən bir sıra iqtisadi məhdudiyyətlərin aradan qaldırılması haqqında fərman imzalayıb
Region
1 İyun , 2017 20:34
Rusiyanın Türkiyə pomidorlarına sanksiyasının tətbiqi müddəti açıqlanıb

Bakı. 1 iyun. REPORT.AZ/ “Türkiyədən pomidor satın alımasına tətbiq edilən sanksiya azı üç il davam edəcək”.

“Report” "Haberturk"ə istinadən xəbər verir ki, bunu Rusiyanın kənd təsərrüfatı naziri Aleksnadr Tkaçev bildirib.

Mayın 31-də Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə qarşı tətbiq edilən bir sıra iqtisadi məhdudiyyətlərin aradan qaldırılması haqqında fərman imzalayıb.

Qeyd edək ki, 2015-ci ilin noyabrında hava məkanına qanunsuz olaraq, keçdiyi üçün Rusiyaya məxsus “Su-24” hərbi təyyarə Türkiyə ərazisində vurulub. Bundan sonra Rusiya və Türkiyə bir-birinə qarşılıqlı olaraq sanksiyalar tətbiq edib.

Son xəbərlər

Orphus sistemi