Rusiyanın səfiri: "Ankara və Moskvanın vasitəçilərə ehtiyacı yoxdur"

Rusiyanın səfiri: "Ankara və Moskvanın vasitəçilərə ehtiyacı yoxdur" "Türkiyə münasibətlərin normallaşdırılması üçün real addımlar atmaq istəsə, onların bu baxımdan hər cür imkanı var"
Region
9 Fevral , 2016 10:46
Rusiyanın səfiri: Ankara və Moskvanın vasitəçilərə ehtiyacı yoxdur

Bakı. 9 fevral. REPORT.AZ/ Rusiya-Türkiyə münasibətlərinin normallaşması üçün vasitəçiliyə ehtiyac yoxdur. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov açıqlamasında bildirib.

"Hesab edirik ki, bu məsələdə vasitəçilərə ehtiyac yoxdur. Türkiyə tərəfinə bizim mövqeyimiz məlumdur. Diplomatik münasibətləri dayandırmamışıq - həm Moskvada, həm də Ankarada səfirliklərimiz fəaliyyətini davam etdirir. Türkiyə münasibətlərin normallaşdırılması üçün real addımlar atmaq istəsə, onların bu baxımdan hər cür imkanı var", - deyə Rusiyanın səfiri qeyd edib.

Xatırladaq ki, Rusiya və Türkiyə münasibətləri 2015-ci il noyabrın 24-də Türkiyə tərəfinin Türkiyə-Suriya sərhədində sərhədlərini pozmasına görə rusların Su-24 bombardmançısını vurmasından sonra böhran yaşayır.

Son xəbərlər

Orphus sistemi