Rusiyanın cənubunda 230 min sakin elektrik enerjisiz qalıb

Rusiyanın cənubunda 230 min sakin elektrik enerjisiz qalıb Buna əlverişsiz hava şəraiti səbəb olub
Region
9 Dekabr , 2016 12:48
Rusiyanın cənubunda 230 min sakin elektrik enerjisiz qalıb

Bakı. 9 dekabr. REPORT.AZ/ Rusiyanın cənubunda 230 min sakin elektrik enerjisiz qalıb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Energetika Nazirliyi məlumat yayıb.

İnformasiyaya görə, buna əlverişsiz hava şəraiti səbəb olub.

Volqoqrad vilayətinin 8 yaşayış məntəqəsi, Rostov vilayətinin mərkəzi Rostov-Don şəhəri də daxil olmaqla 170 yaşayış məntəqəsinə, habelə Krasnodar diyarının 4 rayonuna və Adıgey Respublikasına elektrik enerjisinin verilməsi kəslib.

Rusiya Energetika Nazirliyinin yerli qurumları yaranmış böhranını aradan qaldırmağa çalışır.

Son xəbərlər

Orphus sistemi