Yuxarı
    Bağlamaq

    ​Rusiyanın baş naziri Ermənistana gedib

    Medvedev AİB-nin iclasında iştirak edəcək

    Bakı. 20 may. REPORT.AZ/ Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistanın paytaxtı İrəvana gedib.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, o, cümə günü Avrasiya İqtisadi Birliyinə (AİB) üzv ölkələrin hökumət başçılarının iştirakı ilə keçiriləcək Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək.

    Mayın 20-də İrəvanda AİB-nin Avrasiya Hökumətlərarası Şurasının növbəti iclası keçiriləcək. Belə görüşlər bir qayda olaraq hər rübdə keçirilir. Bu, 2015-ci ilin yanvarından bu yana sayca 5-ci olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi