Yuxarı

Sorğu: ​Rusiyalıların 66 faizinin türklərə münasibəti dəyişməyib

Respondentlərin 29 faiz türklərə qarşı pis münasibət bəslədiyini deyib

Bakı. 22 dekabr. REPORT.AZ/ Moskvanın Türkiyəyə iqtisadi sanksiyalar tətbiq etməsinə baxmayaraq, keçirilən rəy sorğusunun nəticələrinə əsasən, rəyi soruşulan rusiyalının 66 faizinin türklərə münasibəti dəyişməyib.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu haqda "Obşestvennoye mneniye" ("İctimai rəy") fondunun keçirdiyi rəy sorğusunun nəticələrində bildirilib.

Məlumata görə, sorğu dekabrın 12-13-də Rusiyanın 1000 vətəndaşı arasında ölkənin 480 yaşayış məntəqəsində telefon vasitəsilə keçirilib.

Sorğunun nəticələrinə əsasən, iştirakçıların 66 faizi türklərə münasibətinin yaxşı mənada dəyişmədiyini bildirib. Respondentlərin 29 faizi isə türklərə qarşı pis münasibət bəslədiyini deyib.

Rəyi soruşulanların 70 faizi Rusiyanın bəzi futbol klubları və idmançılarının Türkiyəyə təlim-məşq toplantılarına getməsinə və yarışlarda iştirak etməsinə qarşı olub. Respondentlərin 8 faizi buna pis baxdığını bildirib, 7 faiz isə "mənim üçün fərqi yoxdur" deyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi