Rusiyada silah-sursat anbarı yanıb

Rusiyada silah-sursat anbarı yanıb Partlayış səsləri kəsilib, tüstü müşahidə olunur
Region
29 İyul , 2017 18:21
Rusiyada silah-sursat anbarı yanıb
Foto: RIA Novosti

Bakı. 29 iyul. REPORT.AZ/ Şənbə günü Rusiyanın Xabarovsk diyarının Komsomol rayonunda yerləşən hərbi hissənin silah-sursat anbarı ərazisində yanğın baş verib, hazırda partlayış səsləri kəsilib.

"Report" xəbər verir ki, bu barədə regionun güc strukturlarındakı mənbəyə istinadən RİA "Novosti" məlumat yayıb.

"Qaliçnıq yaşayış məntəqəsində dərində yerləşən aviasiya raketlərinin olduğu anbar yanıb. Hazırda partlayış səsləri kəsilib, tüstü müşahidə olunur", - deyə mənbə bildirib.

Onun sözlərinə görə, yaxınlıqdakı yaşayış evləri 3 kilometr aralıda yerləşir. Yanğının söndürülməsinə suaşıran qurğulu aviasiyanın cəlb edilməsi planlaşdırılır. Yanğının səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi