Rusiyada qəzaya uğrayan təyyarənin 1500-dən artıq qırıntısı aşkarlanıb

Rusiyada qəzaya uğrayan təyyarənin 1500-dən artıq qırıntısı aşkarlanıb Onların 567 hissəsi sudan çıxarılıb
Region
28 Dekabr , 2016 10:56
Rusiyada qəzaya uğrayan təyyarənin 1500-dən artıq qırıntısı aşkarlanıb

Bakı. 28 dekabr. REPORT.AZ/ Qara dənizdə qəzaya uğramış “Tu-154” təyyarəsinin 1,5 mindən artıq qırıntısı aşkarlanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu haqda Rusiyanın Müdafiə Nazirliyindən bildirilib.

“Axtarış-əməliyyat tədbirləri zamanı təyyarənin 1 547 qırıntısı aşkarlanıb. Onların 567 hissəsi sudan çıxarılıb”, - deyə, məlumatda qeyd olunub.

Xatırladaq ki, dekabrın 25-də səhər saatlarında Suriya istiqamətində Rusiya Müdafiə Nazirliyinə məxsus "Tu-154" təyyarəsi Qara dənizin üzərindən uçarkən qəzaya uğrayıb. Nazirliyin məlumatına görə, təyyarənin göyərtəsində 92 nəfər - 8 ekipaj üzvü və 84 sərnişin olub.

Son xəbərlər

Orphus sistemi