Rusiyada polis postuna hücum olub, iki nəfər ölüb, bir polis əməkdaşı yaralanıb

Rusiyada polis postuna hücum olub, iki nəfər ölüb, bir polis əməkdaşı yaralanıb Hadisə yerində araşdırma aparılır, hücum edənlərin kimliyi müəyyənləşdirilir
Region
12 May , 2017 09:45
Rusiyada polis postuna hücum olub, iki nəfər ölüb, bir polis əməkdaşı yaralanıb
Ria.ru

Bakı. 12 may. REPORT.AZ/ Rusiyanın İnquşetiya Respublikasının Malqobes rayonunda polis postuna hücum edən iki nəfər öldürülüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirlikdən bildirilib ki, mayın 12-də gecə saatlarında naməlum şəxslər Rusiya Daxili İşlər Nazirliyinin Malqobes nəzarət-buraxılış postunu atəşə tutub. Atışma nəticəsində basqın edən iki nəfər öldürülüb, bir polis baş çavuşu isə yaralanıb.

Məlumata görə, hadisə yerində araşdırma aparılır, hücum edənlərin kimliyi müəyyənləşdirilir. 

Son xəbərlər

Orphus sistemi