Yuxarı

Rusiyada koronavirusa yoluxanların sayı 335 882-yə çatıb, 3 388 nəfər ölüb

Rusiyada pandemiya qurbanlarının sayı 3 388-ə çatdı

Rusiyada son bir gündə daha 9 434 nəfərə koronavirus diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 335 882 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə 139 nəfər artaraq 3 388-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 107 936 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 3 190.

Qeyd edək ki, mayın 22-də Rusiyada 8 894 yoluxma, 150 ölüm faktı qeydə alınmışdı.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,3 milyonu ötüb. Bunların 2,1 milyon nəfərdən çoxu sağalıb, 340 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi