Yuxarı

Rusiyada MiQ-29 qırıcı təyyarəsi qəzaya uğrayıb

Hadisə Moskva vilayətinin Voskresensk rayonunda baş verib

Bakı. 4 dekabr. REPORT.AZ/ Rusiyanın Moskva vilayətinin Voskresensk rayonunda, Çemudorovo yaşayış məntəqəsində MiQ-29 təlim qırıcı təyyarəsi qəzaya uğrayıb. "Report" xəbər verir ki, bu barədə "RİA Novosti"yə güc strukturlarından bildiriblər.  

Təyyarə qarajların yaxınlığında, yerli məktəb binasından 100 metr aralıda düşüb. 

Xilasetmə əməliyyatında üç texnika və 12 xilasedici iştirak edir. Qəza zamanı iki pilot yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib, birinin vəziyyəti ağırdır.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi