Rusiyada 800 min nəfər pensiya ala bilməyəcək

Rusiyada 800 min nəfər pensiya ala bilməyəcək Rusiyada pensiya yaşı artırıldığına görə cari il 800 min nəfər pensiya hüququndan məhrum olub.
Region
21 Yanvar , 2020 15:25
Rusiyada 800 min nəfər pensiya ala bilməyəcək

Rusiyada pensiya yaşı artırıldığına görə cari il 800 min nəfər pensiya hüququndan məhrum olub.

“Report” “Rossiyskaya gazeta”ya istinadən xəbər verir ki, bunu Rusiya Pensiya Fondunun rəhbəri Anton Drozdov deyib.

Onun sözlərinə görə, buna baxmayaraq, çoxuşaqlı anaların hesabına vaxtından əvvəl pensiyaya çıxanların sayı artacaq. A.Drozdov bildirib ki, 2021-ci ildən başlayaraq dünyaya gətirdiyi və ya böyütdüyü 4 və daha çox uşaqların anaları 56 yaşdan pensiyaya çıxa biləcək.

“2023-cü ildən isə üçuşaqlı analar 57 yaşda pensiya almaq hüquqi qazanacaq”, - deyə fond rəhbəri əlavə edib.

Xatırladaq ki, Rusiyada pensiya yaşı 2018-ci ildən bəri artırılmağa başlayıb. 2028-ci ilədək pensiya yaşı qadınlarda 60 (55 yerinə), kişilərdə isə 65 (60 yerinə) həddinə çatacaq.

Son xəbərlər

Orphus sistemi