Yuxarı

Rusiya XİN bu ölkə diplomatlarının Aİ və NATO dövlətlərindən çıxarılmasına münasibət bildirib

Rusiya XİN bu ölkə diplomatlarının Aİ və NATO dövlətlərindən çıxarılmasına münasibət bildirib
© Foro: "Gazeta.ru"

Bakı. 26 mart. REPORT.AZ/ Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqı (Aİ) və NATO ölkələrinin öz ərazilərindən rus doplomatlarının çıxarılması barədə qərarına kəskin narazılıq bildirib.

"Report" "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat verilib.

Nazirlik bildirib ki, buna düşməncəsinə və Solsberidə baş vermiş hadisədə günahkarların axtarışına və hadisənin səbəblərinin müəyyən edilməsi maraqlarına cavab verməyən addım kimi baxır.

Bəyanatda qeyd edilir ki, bu, həmin ölkələrin Londonla bədnam həmrəyliyidir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi