Rusiya XİN bu ölkə diplomatlarının Aİ və NATO dövlətlərindən çıxarılmasına münasibət bildirib

Rusiya XİN bu ölkə diplomatlarının Aİ və NATO dövlətlərindən çıxarılmasına münasibət bildirib Bakı. 26 mart. REPORT.AZ/ Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqı (Aİ) və NATO ölkələrinin öz ərazilərindən rus doplomatlarının çıxarılması barədə qərarına kəskin narazılıq bildirib.
Region
26 Mart , 2018 19:18
Rusiya XİN bu ölkə diplomatlarının Aİ və NATO dövlətlərindən çıxarılmasına münasibət bildirib
Foro: "Gazeta.ru"

Bakı. 26 mart. REPORT.AZ/ Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqı (Aİ) və NATO ölkələrinin öz ərazilərindən rus doplomatlarının çıxarılması barədə qərarına kəskin narazılıq bildirib.

"Report" "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat verilib.

Nazirlik bildirib ki, buna düşməncəsinə və Solsberidə baş vermiş hadisədə günahkarların axtarışına və hadisənin səbəblərinin müəyyən edilməsi maraqlarına cavab verməyən addım kimi baxır.

Bəyanatda qeyd edilir ki, bu, həmin ölkələrin Londonla bədnam həmrəyliyidir. 

Son xəbərlər

Orphus sistemi