Yuxarı

Rusiya Xəzər dənizində bir həftə ərzində 30 müxtəlif təlim keçirib

Yerləşmə məntəqələrinə qayıtmazdan əvvəl gəmilər dəstəsi aviasiya ilə birgə təlimlər keçirəcək

Bakı. 9 iyun. REPORT.AZ/ Rusiyanın Xəzər Donanmasının gəmiləri "Uqliç" kiçik raket gəmisi və "Volqodonsk" kiçik artilleriya gəmisi tərkibində bir həftə ərzində onlarla təlim keçirib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin (CHD) mətbuat xidmətindən bildiriblər. 

7 gün ərzində gəmilər dənizdə 600 mil qət edib və 30 müxtəlif təlim keçirib. 

"Yerləşmə məntəqələrinə qayıtmazdan əvvəl gəmilər dəstəsi aviasiya ilə birgə havadan müdafiə üzrə təlimlər keçirəcək. Təlimlər zamanı hava hədəflərinin axtarışı və müşayiəti, aviasiyanın dəniz hədəflərinə yönəldilməsi və məhv edilməsini məşq edəcək və dəniz hədəflərinə artilleriya atışlarını yerinə yetirəcək", — CHD-nin məlumatında deyilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi