Yuxarı

​Rusiya vətəndaşı təqribən 900 nəfəri mənzilində qeydiyyata alıb

Onların arasında Azərbaycan vətəndaşları da var

Bakı. 4 avqust. REPORT.AZ/ Rusiyanın Ussuriysk şəhərinin (Primorski diyarı) sakini 2016-cı ilin mart-may ayları ərzində 893 nəfəri öz mənzilində qeydiyyata alıb.

"Report" xəbər verir ki, bu barədə Primorye prokurorunun böyük köməkçisi Yelena Teleqinaya istinadən "İnterfax" məlumat yayıb.

Onun sözlərinə görə, qadına qarşı Cinayət Məcəlləsinin 322-ci maddəsi üzrə (Əcnəbi vətəndaşların saxta şəkildə qeydiyyata alınması) ittiham irəli sürülüb. Qeydiyyata salınanlar arasında Çin, Tacikistan, Azərbaycan, Özbəkistan, Qırğızıstan və digər ölkələrin vətəndaşları var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi