​Rusiya vətəndaşı təqribən 900 nəfəri mənzilində qeydiyyata alıb

​Rusiya vətəndaşı təqribən 900 nəfəri mənzilində qeydiyyata alıb Onların arasında Azərbaycan vətəndaşları da var
Region
4 Avqust , 2016 08:52
​Rusiya vətəndaşı təqribən 900 nəfəri mənzilində qeydiyyata alıb

Bakı. 4 avqust. REPORT.AZ/ Rusiyanın Ussuriysk şəhərinin (Primorski diyarı) sakini 2016-cı ilin mart-may ayları ərzində 893 nəfəri öz mənzilində qeydiyyata alıb.

"Report" xəbər verir ki, bu barədə Primorye prokurorunun böyük köməkçisi Yelena Teleqinaya istinadən "İnterfax" məlumat yayıb.

Onun sözlərinə görə, qadına qarşı Cinayət Məcəlləsinin 322-ci maddəsi üzrə (Əcnəbi vətəndaşların saxta şəkildə qeydiyyata alınması) ittiham irəli sürülüb. Qeydiyyata salınanlar arasında Çin, Tacikistan, Azərbaycan, Özbəkistan, Qırğızıstan və digər ölkələrin vətəndaşları var.

Son xəbərlər

Orphus sistemi