Yuxarı

​Rusiya və İran XİN başçıları Suriya məsələsini müzakirə edib

Sergey Lavrov və Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub

Bakı. 11 avqust. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, XİN başçıları Suriya problemi ilə bağlı müzakirə aparıblar.

Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamaya görə, S.Lavrov və M.C.Zərif Suriya probleminin həllinə xarici dəstək vermək üçün səylərin artırılmasının zəruriliyini bildiriblər. 

"Avqustun 8-də Bakıda prezident Vladimir Putin və İranın dövlət başçısı Həsən Ruhani arasında keçirilən görüş zamanı gündəlikdə duran ikitərəfli və regional məsələlərə toxunulub, həmçinin Suriya münaqişəsinin nizama salınması üçün xarici dəstəyə dair fikir mübadiləsi aparılıb", - Rusiya XİN-nin məlumatında deyilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi