Rusiya Türkiyənin kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi sanksiyanı ləğv edib

Rusiya Türkiyənin kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi sanksiyanı ləğv edib Baş nazir Dmitri Medvedev bununla bağlı qərar imzalayıb
Region
9 Mart , 2017 17:56
Rusiya Türkiyənin kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi sanksiyanı ləğv edib

Bakı. 9 mart. REPORT.AZ/ Rusiya Türkiyənin kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi sanksiyaları ləğv edib.

“Report” "Haber-7"yə istinadən xəbər verir ki, Rusiyanın Baş naziri Dmitri Medvedev bununla bağlı qərar imzalayıb.

O, Türkiyə hökumətinin başçısı Binəli Yıldırımla telefon danışığı zamanı sanksiyaların aradan qaldırıldığını bildirib.

Telefon danışığı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın martın 10-da Moskvaya səfəri və rusiyalı həmkarı Vladimir Putinlə görüşü də müzakirə edilib. 

Son xəbərlər

Orphus sistemi