Rusiya XİN başçısı: “Rusiya-Türkiyə əlaqələrinin mərhələli bərpası Cənubi Qafqazda təhlükəsizlik və sabitliyə xidmət edəcək”

Rusiya XİN başçısı: “Rusiya-Türkiyə əlaqələrinin mərhələli bərpası Cənubi Qafqazda təhlükəsizlik və sabitliyə xidmət edəcək” Sergey Lavrov: “Rusiya Ankara ilə Yerevan danışıqlar masasına oturandan sonra onlara fəal şəkildə yardım edəcək”
Region
16 Mart , 2017 13:06

Bakı. 16 mart. REPORT.AZ/ “Rusiya-Türkiyə əlaqələrinin mərhələli bərpası Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin xeyrinə olacaq”.

“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənilərə məxsus “Regional Post - Caucasus” jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya və Türkiyə arasındakı bir neçə aylıq böhrandan əldə edilən nəticəyə əsasən bunun bölgədə qarşılıqlı anlaşmanı və etimadı artırdığı qənaətinə gəlmək olar: “Hesab edirik ki, Ankara ilə ikitərəfli əməkdaşlığın mərhələli bərpası Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitliyə xidmət edəcək”.

S.Lavrov deyib ki, Rusiyanın Türkiyə ilə əməkdaşlığı başqa dövlətlərə qarşı yönəlməyib.

Nazir Türkiyə-Ermənistan münasibətlərindən də danışıb: “Əminəm ki, Ermənistan və Türkiyə mövcud problemləri tənzimləməyə qadirdir. Bu daha çox onların özündən asılıdır. Rusiya Ankara ilə Yerevan danışıqlar masasına oturandan sonra onlara fəal şəkildə yardım etməyə hazır olacaq”.

Son xəbərlər

Orphus sistemi