Rusiya təyyarəsi Suriyada Türkiyə hərbçilərinin yerləşdiyi binanı bombalayıb, 3 nəfər həlak olub, 11-i yaralanıb

Rusiya təyyarəsi Suriyada Türkiyə hərbçilərinin yerləşdiyi binanı bombalayıb, 3 nəfər həlak olub, 11-i yaralanıb Vladimir Putin Rəcəb Tayyib Ərdoğana hadisəylə əlaqədar başsağlığı verib
Region
9 Fevral , 2017 19:07
Rusiya təyyarəsi Suriyada Türkiyə hərbçilərinin yerləşdiyi binanı bombalayıb, 3 nəfər həlak olub, 11-i yaralanıb

Bakı. 9 fevral. REPORT.AZ/ Rusiyaya məxsus hərbi təyyarə Suriyanın Əl-Bab bölgəsində Türkiyə hərbçilərinin yerləşdiyi binaya hava zərbəsi endirib. 

"Report" NTV-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb. 

Bu gün səhər Bakı vaxtı ilə 09:40-da baş vermiş hadisə nəticəsində Türkiyənin 3 hərbçisi həlak olub, 11 nəfər yaralanıb.

Məlumatda Rusiya rəsmilərinin hadisənin pilotun səhvi ucbatından baş verdiyini bildirərək, Türkiyə tərəfindən üzr istədikləri də vurğulanıb: "Faktla bağlı araşdırma aparılır".

Həmçinin, Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edərək, hadisədən kədərləndiyini bildirib və başsağlığı verib".

Son xəbərlər

Orphus sistemi