Bakı. 9 fevral. REPORT.AZ/ Rusiyaya məxsus hərbi təyyarə Suriyanın Əl-Bab bölgəsində Türkiyə hərbçilərinin yerləşdiyi binaya hava zərbəsi endirib.
"Report" NTV-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.
Bu gün səhər Bakı vaxtı ilə 09:40-da baş vermiş hadisə nəticəsində Türkiyənin 3 hərbçisi həlak olub, 11 nəfər yaralanıb.
Məlumatda Rusiya rəsmilərinin hadisənin pilotun səhvi ucbatından baş verdiyini bildirərək, Türkiyə tərəfindən üzr istədikləri də vurğulanıb: "Faktla bağlı araşdırma aparılır".
Həmçinin, Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edərək, hadisədən kədərləndiyini bildirib və başsağlığı verib".