Yuxarı

Rusiya Suriya ilə bağlı Astanada keçirilməsi planlaşdırılan görüşdə mütəxəssis səviyyəsində təmsil olunacaq

Dmitri Peskov: “Bu görüşə hazırlıq intensiv şəkildə davam edir”

Bakı. 10 yanvar. REPORT.AZ/ Rusiya Suriya ilə bağlı Qazaxıstanın paytaxtı Astanada keçirilməsi planlaşdırılan görüşdə mütəxəssis səviyyəsində təmsil olunacaq.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, bu görüşə hazırlıq intensiv şəkildə davam edir.

Qeyd edək ki, Suriyada nizamlanma üzrə Astana görüşü yanvarın 23-də keçiriləcək. Bir müddət əvvəl bu görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin iştirak edəcəyi haqqında xəbər yayılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi