Rusiya prezidentinə metrodakı partlayışlar barədə məlumat verilib

Rusiya prezidentinə metrodakı partlayışlar barədə məlumat verilib Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, Sankt-Peterburq metrosundakı partlayışların səbəbi terror hücumu ola bilər
Region
3 Aprel , 2017 16:42
Rusiya prezidentinə metrodakı partlayışlar barədə məlumat verilib
Courtesy İmage

Bakı. 3 aprel. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putinə Sankt-Peterburq metrosundakı partlayışlar barədə məlumat verilib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, hazırda dövlət başçısı Strelnada işləyir.

Bu arada, hüquq-mühafizə orqanlarındakı mənbənin "Qazeta.Ru"ya verdiyi məlumata görə, Sankt-Peterburq metrosundakı partlayışların səbəbi terror hücumu ola bilər.

Partlayışlarla əlaqədar Sankt-Peterburq metrosunda göy xətt üzrə yeddi stansiya bağlanıb. İnsanlar təxliyə edilirlər.

Son xəbərlər

Orphus sistemi