Yuxarı
    Bağlamaq

    Rusiya prezidenti: "Qərbin sanksiyaları ləğv edəcəyini düşünmürəm"

    Onlar səhv ünvana gəldiklərini, dalana girdiklərini etiraf etməzlər

    Bakı. 14 aprel. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Qərbin ölkəsinə qarşı tətbiq etdiyi sanksiyaları yaxın gələcəkdə ləğv etməyəcəyini düşünür. "Report" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin birbaşa bağlantı zamanı sözügedən məsələylə bağlı sualı cavablandırarkən danışıb.

    "Ukrayna məsələsi üzrə Minsk razılaşmasının yerinə yetirilməsinə baxmayaraq, yaxın gələcəkdə tərəfdaşlarımızın ölkəmizə qarşı tətbiq edilən sanksiyaları və məhdudiyyətləri ləğv edəcəyini düşünmürəm", - deyə o vurğulayıb. 

    "Onlar (Qərb - red.) səhv ünvana gəldiklərini, dalana girdiklərini etiraf etməzlər. Ona görə də nəsə uydurub bu məhdudiyyətləri davam etdirəcəklər. Deməli, biz də onların ərzaq məhsullarının bazara girişinə müvafiq məhdudiyyətlər qoymağa davam edəcəyik", - deyə Rusiya prezidenti bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi