Yuxarı

​Rusiya prezidenti: "Moskva ABŞ-ın yeni böyük radiuslu raketi nə zaman əldə edəcəyini bilir"

Biz nəyin baş verəcəyini ili ilə bilirik

Bakı. 18 iyun. REPORT.AZ/ Rusiya ABŞ-ın hansı ildə böyük radiuslu yeni raket əldə edəcəyini və bunun Moskvanın nüvə potensialı üçün təhlükə yaradacağını bilir.

"Report" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

"Biz, hətta amerikalıların yeni raketi təqribən hansı ildə əldə edəcəklərini də bilirik, hansı ki, vurma məsafəsi 500 km. deyil, 1000 km, ondan sonra isə daha çox olacaq və həmin məqamdan isə onlar bizim nüvə potensialımızı hədələməyə başlayacaqlar. Biz nəyin baş verəcəyini ili ilə bilirik. Və onlar bizim bunu bildiyimizi bilirlər", — deyə Putin beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, belə olan halda dünya gələcəkdə tamamilə yeni ölçülərə daxil olacaq.

"Problem məhz bundadır. Özlərini elə aparırlar ki, sanki heçə nə baş vermir. Mən də artıq necə eşitdirəcəyimi bilmirəm", — deyə Rusiya prezidenti qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi