Yuxarı

Rusiya prezidenti: "Biz silah satışı zamanı regiondakı vəziyyəti həmişə nəzərə alırıq"

С-300 sırf müdafiə məqsədli silahdır, buna görə də İsraili heç bir təhlükə gözləmir

Bakı. 16 aprel. REPORT.AZ/ "Biz silah satışı zamanı həmişə bütün regionlarda, o cümlədən Yaxın Şərqdəki vəziyyəti nəzərə alırıq". "Report" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin "birbaşa xətt" zamanı Rusiyanın İrana "C-300" zenit-raket komplekslərinin idxalına görə İsrailin narahatlıq keçirməsi ilə bağlı məsələni şərh edərkən bildirib.

"Biz bu məsələlərə çox diqqətlə yanaşırıq. İsraili heç bir təhlükə gözləmir, "С-300" sırf müdafiə məqsədi üçün nəzərdə tutulan silahdır. Bundan başqa, biz Yəməndəki vəziyyəti nəzərə alaraq hesab edirik ki, bu cür komplekslərin idxalı gərginliyinin artmamasına xidmət edən amildir", - V.Putin qeyd edib.

O vurğulayıb ki, ABŞ həmçinin bu regionu böyük həcmdə silahla təchiz edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi