Yuxarı

​Rusiya naziri: "Türkiyənin yüngül sənaye mallarının 80 faizinə sanksiya tətbiq etmək istəyirik"

Gətirilməsi yasaqlanan malların siyahısını Rusiya hökumətinə təqdim etmişik

Bakı. 22 dekabr. REPORT.AZ/ "Rusiya Türkiyə yüngül sənaye mallarının 80 faizinə sanksiya tətbiq etmək istəyir".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Rusiya sənaye-ticarət naziri Viktor Yevtuxov jurnalistlərə açıqlamasında bildirib.

"Hələlik Türkiyənin yüngül sənaye mallarına sanksiya tətbiqi ilə bağlı qərar qəbul edilməyib. Biz ölkəmizə gətirilməsi yasaqlanan malların siyahısını Rusiya hökumətinə təqdim etmişik. Qəbul ediləcək qərarla bağlı heç bir söz deyə bilmərəm", - deyə o söyləyib.

O, sanksiyaya məruz qalacaq malların adlarını açıqlamayıb: "Hazır yüngül sənaye məhsullarının praktik olaraq 70, hətta, 80 faizinə qadağa tətbiq edilə bilər".


Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi