Yuxarı
    Bağlamaq

    Rusiya, İran və Türkiyə müdafiə xərclərini artırıb

    PwC şirkəti dünya ölkələrinin iqtisadiyyatlarının militarizasiyası üzrə araşdırmanın nəticələrini dərc edib

    Bakı. 15 noyabr. REPORT.AZ/ "PwC" şirkəti 2016-ci ilin yekunları üzrə dünya ölkələrinin iqtisadiyyatının militarizasiyası üzrə araşdırmanın nəticələrini dərc edib.

    "Report" xəbər verir ki, şirkət araşdırmas zamanı ölkələri müttəfiqləri hesabına problemlərini həll edənlərdən (İsveçrə, Danimarka) tutmuş qlobal güc liderinə (ABŞ və Rusiya) qədər 6 kateqoriyaya bölüb.

    Belə ki, 2016-cı ildə Rusiyanın müdafiə xərcləri ÜDM-in 5,3%-ni təşkil edib və 69,2 milyard ABŞ dollarına bərabər olub. Öz növbəsində, İran ötən il 12,7 milyard dollar xərcləyib və bu, ÜDM-in 3,03%-ni təşkil edib. Türkiyə isə ÜDM-in 1,99%-ni, başqa sözlə, 14,8 milyard dollar xərcləyib.

    İqtisadiyyatın militarizasiya reytinqində bu ölkələr müvafiq olaraq 7-ci, 19-cu və 27-ci yerləri tutublar.

    Bununla yanaşı, Türkiyə və Rusiya BƏƏ, Qətər və Səudiyyə Ərəbistanı ilə birlikdə təhlükəsizlik məsələsinmdə mövqelərini ən çox artıran beş ölkə sırasında yer alıb.

    "PwC" reytinqinə ÜDM-in 16,75%-ni hərbi xərclərə sərf edən Oman başçılıq edir. Səudiyyə Ərəbistanı (10,41%) ikinci, Suriya (8,49%) üçüncü olub.

    ABŞ ÜDM-in 3,3%-ni hərbi xərclərə ayırmaqla siyahıda 17-ci yeri tutub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi