Rusiya hökuməti Leninin basdırılması haqqında qanun layihəsini dəstəkləməyib

Rusiya hökuməti Leninin basdırılması haqqında qanun layihəsini dəstəkləməyib Nazirlər Kabinetindən bildirilib ki, Leninin dəfn olunması üçün dövlət büdcəsindən əlavə maliyyə vəsaiti ayırılmalıdır
Region
8 Sentyabr , 2017 14:43
Rusiya hökuməti Leninin basdırılması haqqında qanun layihəsini dəstəkləməyib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Rusiya hökuməti bolşevik inqilabının rəhbəri Vladimir İliç Leninin cəsədinin basdırılması ilə bağlı qanun layihəsini dəstəkləməyib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabineti məlumat yayıb.

İnformasiyaya əsasən, Rusiya Liberal-Demokratlar Partiyasından olan deputatlar İvan Suxarev, Vladimir Sısoyev və Aleksandr Kurdyumov Leninin cəsədinin basdırılması haqqında qanun layihəsini Dövlət Dumasına təqdim edib. Hakim Vahid Rusiya Partiyasını təmsil edən deputatlar da layihəni dəstəkləyib.

Nazirlər Kabinetindən bildirilib ki, Leninin dəfn olunması üçün dövlət büdcəsindən əlavə maliyyə vəsaiti ayırılmalıdır: “Ancaq qanun layihəsində xərclər üçün maliyyə mənbəyi göstərilməyib”.

Son xəbərlər

Orphus sistemi