Rusiya hərbi texnika almaq üçün Ermənistana 100 milyon dollarlıq kredit verir

Rusiya hərbi texnika almaq üçün Ermənistana 100 milyon dollarlıq kredit verir Kredit Ermənistana illik 3 faizlə 20 il müddətinə təqdim olunur
Region
12 Oktyabr , 2017 18:47
Rusiya hərbi texnika almaq üçün Ermənistana 100 milyon dollarlıq kredit verir

Bakı. 12 oktyabr. REPORT.AZ/ Rusiya hərbi texnika almaq üçün Ermənistana 100 milyon dollar həcmində kredit verəcək.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu məsələ oktyabrın 12-də Ermənistan parlementində müzakirə ediləcək.

Kredit Ermənistana illik 3 faizlə 20 il müddətinə verilir.

Qeyd edək ki, 2015-ci ilin iyununda Rusiya ilə Ermənistan arasında 200 milyon dollarlıq kredit müqaviləsi imzalanmışdı. Həmin kredit Ermənistanın Rusiyadan silah alınmasına xərclənib. Cari ilin sonunadək bu kreditlə alınan silahların Ermənistana tədarükü başa çatacaq. 

Son xəbərlər

Orphus sistemi