Bakı. 12 oktyabr. REPORT.AZ/ Rusiya hərbi texnika almaq üçün Ermənistana 100 milyon dollar həcmində kredit verəcək.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu məsələ oktyabrın 12-də Ermənistan parlementində müzakirə ediləcək.
Kredit Ermənistana illik 3 faizlə 20 il müddətinə verilir.
Qeyd edək ki, 2015-ci ilin iyununda Rusiya ilə Ermənistan arasında 200 milyon dollarlıq kredit müqaviləsi imzalanmışdı. Həmin kredit Ermənistanın Rusiyadan silah alınmasına xərclənib. Cari ilin sonunadək bu kreditlə alınan silahların Ermənistana tədarükü başa çatacaq.