​Rusiya Hərbi Dəniz Donanması Xəzərdə təlim keçirib

​Rusiya Hərbi Dəniz Donanması Xəzərdə təlim keçirib Təlim zamanı şərti rəqibin dənizdəki bazalarının məntəqələrinə zərbə endirilib
Region
16 Dekabr , 2014 11:09
​Rusiya Hərbi Dəniz Donanması Xəzərdə təlim keçirib

Bakı. 16 dekabr. REPORT.AZ/ Rusiyanın Xəzərdəki Hərbi Dəniz Donanmasının 20-dək gəmisi, kateri təlim zamanı şərti rəqibin dənizdəki bazalarının məntəqələrinə zərbə endirib.

"Report" "TASS"a istinadən xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi Cənub Hərbi Dairəsi yayıb.

Təlim zamanı rəqibə dezinformasiya ötürmək üçün gəmilərdəki radioelektron və görüntülü maskalanma fəallaşdırılıb.

Hərbi tədbirdə gəmilərə quraşdırılmış "Palaş" və "Palma" tipli zenit-artilleriya, eləcə də "AK-630" artilleriya və başqa texniki qurğular vasitəsi ilə rəqibin havadakı hədəfləri vurulub.

Bundan başqa, təlimdə "Tatarıstan" və "Dağıstan" raket gəmiləri, kiçik raket daşıyan və artilleriya qurğusu olan "Qrad Sviyajsk", "Uqliç", "Volqodonsk", "Mahaçqala", "Astarxan" gəmiləri də iştirak edib.

Son xəbərlər

Orphus sistemi