Yuxarı

Rusiya FHN: Oxot dənizində axtarış sahəsi 8,5 min kv.km təşkil edir

Axtarışlara 1,6 min insan cəlb olunub

Bakı. 2 aprel. REPORT.AZ/ Xilasedicilər Oxot dənizində balıqçı gəmisinin qəzaya uğradığı ərazidə zərərçəkən və ölənlərin cəsədlərinin tapılması üçün 8,5 min kvadrat km ərazidə axtarış-xilasetmə tədbirləri aparır. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya FHN-in baş idarəsindən bildirilib. 

Qəza zonasına "Spravedlivı" xilasetmə gəmisi göndərilib. Axtarışlara təxminən 1,6 min nəfər cəlb olunub.

"Dalni Vostok" balıqçı gəmisi Oxot dənizi akvatoriyasında Maqadandan 300 km aralıda batıb. Gəminin göyərtəsində olan 132 ekipaj üzvündən 117 nəfəri sudan çıxarılıb. 54 nəfər həlak olub. 15 balıqçının taleyi haqqında məlumat yoxdur. Xilas edilən şəxslərin vəziyyəti ağır kimi qiymətləndirilir. 

Ekipaj üzvləri arasında 7 azərbaycanlı da var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi