Yuxarı
    Bağlamaq

    ​Rusiya Ermənistanda baş verənlərə münasibət bildirib

    Dmitir Peskov: Orada vəziyyət qanunun sərtliyinə uyğun olaraq, çox yaxın zamanda tənzimlənəcək

    Bakı. 24 iyun. REPORT.AZ/ "Biz Yerevanda baş verənləri çox diqqətlə izləyirik".

    "Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitiri Peskov bildirib.

    Onun sözlərinə görə, Rusiya hakimiyyəti Ermənistanda vəziyyətin tezliklə tənzimlənəcəyinə ümid edir: "Ümid edirik ki, orada vəziyyət qanunun sərtliyinə uyğun olaraq çox yaxın zamanda tənzimlənəcək və heç bir qanun pozuntusu olmayacaq". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi