​Rusiya Ermənistanda baş verənlərə münasibət bildirib

​Rusiya Ermənistanda baş verənlərə münasibət bildirib Dmitir Peskov: "Orada vəziyyət qanunun sərtliyinə uyğun olaraq, çox yaxın zamanda tənzimlənəcək"
Region
24 İyun , 2015 10:06
​Rusiya Ermənistanda baş verənlərə münasibət bildirib

Bakı. 24 iyun. REPORT.AZ/ "Biz Yerevanda baş verənləri çox diqqətlə izləyirik".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitiri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya hakimiyyəti Ermənistanda vəziyyətin tezliklə tənzimlənəcəyinə ümid edir: "Ümid edirik ki, orada vəziyyət qanunun sərtliyinə uyğun olaraq çox yaxın zamanda tənzimlənəcək və heç bir qanun pozuntusu olmayacaq". 

Son xəbərlər

Orphus sistemi