Yuxarı

​Rusiya Ermənistana silahlanma üçün 200 mln. dollar güzəştli kredit ayıracaq

Kreditin ayrılması üçün iki ölkə arasında saziş imzalanıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Rusiya Ermənistana 200 mln. dollar güzəştli kredit ayıracaq.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan məlumat verib.

"Ermənistana 200 milyon dollar güzəştli kreditin ayrılmasına dair saziş imzalanıb və bu, erməni silahlı qüvvələrinin arsenalını yeniləmək imkanı verəcək", — deyə o bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi