Rusiya Ermənistana koronavirus laboratoriyası göndərib

Rusiya Ermənistana koronavirus laboratoriyası göndərib Rusiya koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində Ermənistana səyyar laboratoriya və test-sistemi göndərib.
Region
8 Aprel , 2020 09:53
Rusiya Ermənistana koronavirus laboratoriyası göndərib

Rusiya koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində Ermənistana səyyar laboratoriya və test-sistemi göndərib.

“Report” “Aysor”a istinadən xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan bildirib.

Onun sözlərinə görə, laboratoriya Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Ermənistanın müdafiə naziri David Tonoyan arasında əldə edilən uyğun razılaşma əsasında göndərilib.

Bildirilib ki, rusiyalı hərbi mütəxəssislər bu avadanlıq vasitəsilə Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazası və Ermənistan silahlı qüvvələrinin şəxsi heyətini koronavirusla bağlı müayinə edəcək.

Son xəbərlər

Orphus sistemi