Yuxarı

​Rusiya baş nazirinin müavini: "Şərq Tərəfdaşlığı" Ukraynadakı problemlərə gətirib çıxardı"

​Rusiya baş nazirinin müavini: "Şərq Tərəfdaşlığı" Ukraynadakı problemlərə gətirib çıxardı"
Bu formatın təklif edilməsi Avropa İttifaqının özünün böyük səhvi idi

Bakı. 19 iyun. REPORT.AZ/ Rusiya baş nazirinin müavini İqor Şuvalov Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramını Ukraynada hazırkı problemlərin yaranmasına gətirib çıxaran böyük bir səhv olduğunu söyləyib. Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Şərq Tərəfdaşlığı" gündəliyinin necə inkişaf etməsini uzun illər müşahidə edən şəxs kimi deyə bilərəm ki, bu formatın təklif olunması Avropa İttifaqının böyük səhvi idi və bu səhv Ukraynada bu gün gördüyümüz acınacaqlı nəticələrə gətirib çıxarıb", - Şuvalov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forum çərçivəsində baş tutan Valday klubunun iclasında bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi