Roma Papası ABŞ Konqresində çıxış edib

Roma Papası ABŞ Konqresində çıxış edib Aramla və ehtiyatla ingiliscə danışan Papanın çıxışı bir neçə dəfə sürəkli alqışlarla kəsilib
Region
25 Sentyabr , 2015 00:37
Roma Papası ABŞ Konqresində çıxış edib

Bakı. 25 sentyabr. REPORT.AZ/ Roma Papası Fransisk ABŞ Konqresi qarşısındakı çıxışında qanunvericiləri “qardaşlıq və həmrəylik ruhu nümayiş etdirməyə” çağırıb. Bu barədə "Report" "Amerikanın Səsi"nə istinadən xəbər verir.

“Cəmiyyət onda inkişaf edir ki, o bütün üzvlərinin çiçəklənməsinə şərait yaradır, ələlxüsus da ən çox ehtiyacı olanların. Qanunverici fəaliyyət həmişə insanların qayğısına yönəlməlidir,” deyə Roma papası bəyan edib.

Onun sözlərinə görə, Konqresin hər bir üzvünün millətin rifahına xidmət etmək borcu var.

50 dəqiqəlik çıxışı ərzində Papa bir neçə həssas mövzuya toxundu ki, bunların sırasında Yaxın Şərqdə vəziyyət, Avropadakı qaçqın böhranı, qlobal iqlim dəyişikliyi və materializmin ifrat aspektləri yer alırdı.

Konqres binası qarşısında toplaşmış on minlərlə adam iri ekranlarda papanın çıxışını izləyiblər.

Aramla və ehtiyatla ingiliscə danışan Papanın çıxışı bir neçə dəfə sürəkli alqışlarla kəsilib. 

Son xəbərlər

Orphus sistemi