Yuxarı

Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə görüşəcək

Bu il dekabrın sonunda Rusiya-Türkiyə Yüksək Əməkdaşlıq Şurasının toplantısı keçiriləcək

Bakı. 15 oktyabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ilin dekabrın sonunda Rusiyanın dövlət başçısı Vladimir Putinlə Kazanda görüşməyi planlaşdırır.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyənin Rusiyadakı səfiri Ümid Yardım Moskvadakı beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Səfir deyib ki, bu il dekabrın sonunda Rusiya-Türkiyə Yüksək Əməkdaşlıq Şurasının toplantısı çərçivəsində iki ölkə prezidentlərinin görüşəcəyi gözlənilir.

O qeyd edib ki, Türkiyə ilə Rusiya arasında davamlı olaraq, sıx təmas var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi