Yuxarı
    Bağlamaq

    Rəcəb Tayyib Ərdoğan: "Qərb İslam dinini gözdən salmaq üçün İŞİD-i dəstəkləyir"

    Türkiyə prezidenti: İŞİD-in əlində qərb mənşəli silahlar olduğunu sübut etdik

    Bakı. 17 noyabr. REPORT.AZ/ "Qərb ölkələri İslamı gözdən salmaq üçün İŞİD terror qruplaşmasını dəstəkləyir".

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Pakistana səfəri çərçivəsində adıçəkilən ölkənin parlamentində çıxış edərkən deyib.

    "Biz qətiyyətlə İŞİD-ə qarşı mübarizə aparırıq və mübarizəni davam etdirəcəyik. Bu qruplaşmanın İslam dini ilə heç bir bağlılığı yoxdur. Əslində, İŞİD-dən çox İslama ziyan vuran yoxdur. Dinimizdə adam öldürmək haqqı heç kimə verilmir" - R.T.Ərdoğan bildirib.

    Türkiyənin dövlət başçısı İŞİD-in yanında Qərbin dayandığını və İŞİD-in əlində qərb mənşəli silahların olduğunu sübut etdiklərini də vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi