Yuxarı

Rəcəb Tayyib Ərdoğan Ankarada törədilən terror aktında əli olan qüvvələrin adlarını açıqlayıb

Ərdoğan: Bu qanlı hadisədə İŞİD-in də, PKK-nın da, əl-Muhaberatın da, Suriyanın şimalındakı PYDnin də əli var

Bakı. 22 oktyabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada törədilən terror aktında əli olan qüvvələrin adlarını açıqlayıb. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, R.T.Ərdoğan "HAK-İŞ"in 13-cü qurultayı və təşkilatın qurulmasının 40-cı ildönümü ilə bağlı tədbirdəki çıxışında deyib ki, Ankaradakı terrorda İŞİD-in, PKK-nın, "əl-Muhaberat"ın (Bəşşar Əsədə bağlı Suriya Milli Təhlükəsizlik Nazirliyi - "Report"), Suriyanın şimalındakı "PYD"nin (terrorçu PKK-nın Suriyadakı qolu - "Report") də əli var: "Hamısı birlikdə ortaq olaraq bu terroru planlaşdırıblar. 102 nəfərin həyatını itirdiyi qanlı hadisə kollektiv surətdə törədilib".

Qeyd edək ki, oktyabrın 10-da Ankaranın dəmiryolu stansiyasının yaxınlığında terror aktı törədilib. İki terrorçu kamikadzenin özlərini partlatması nəticəsində 102 nəfər ölüb, 500 nəfərədək insan yaralanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi