Rəcəb Tayyib Ərdoğan: "ABŞ-da yeni dövr başlayır"

Rəcəb Tayyib Ərdoğan: "ABŞ-da yeni dövr başlayır" "Bunun dünyada istər hüquq və azadlıq, istər demokratiya, istərsə də regiondakı proseslərdə xeyirli addımların atılmasına səbəb olmasını arzulayıram"
Region
9 Noyabr , 2016 13:57
Rəcəb Tayyib Ərdoğan: ABŞ-da yeni dövr başlayır

Bakı. 9 noyabr. REPORT.AZ/ "ABŞ-da yeni dövr başlayır. ABŞ xalqının bu seçiminin xeyirli olmasını diləyirəm". 

"Report"un NTV-yə istinadən verdiyi məlumatına görə, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Donald Trampın ABŞ-ın yeni prezident seçilməsinə münasibət bildirərkən deyib. 

"ABŞ-da prezident seçkisi keçirildi və nəticədə demokratlar iki prezidentik dövründən sonra iqtidarı təkrar respublikaçılara təhvil verdi. Bu, ABŞ xalqının seçimidir və bunun dünyada istər hüquq və azadlıq, istər demokratiya, istərsə də regiondakı proseslərdə xeyirli addımların atılmasına səbəb olmasını arzulayıram", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi